AZ

Naxçıvandan daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Bu barədə "APA-Economics"ə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib.

Naxçıvan Beynəlxalq Hava Limanından "APA-Economics"ə verilən məlumata görə, Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.

Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.

Seçilən
28
18
apa.az

10Mənbələr