AZ

Riyakarlığın İran nümunəsi

Bakı. Trend:

İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasınınayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşıhəyata keçirilmiş dron hücumunu qətiyyətlə pisləyirəm. Bu hücumAzərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olmaqla, eynizamanda beynəlxalq hüququn norma və prinsiplərinin açıq və kobudşəkildə pozulmasıdır.

İran İslam Respublikası bu hadisəyə görə tam məsuliyyət daşıyır.Mülki obyektin – vətəndaşların istifadə etdiyi hava limanının hədəfalınması qəbuledilməzdir və bu addım molla rejiminin siyasiriyakarlığının açıq təzahürüdür, regionda sabitliyə vətəhlükəsizliyə ciddi təhdid yaradır. Bu səbəbdən İran tərəfi qısamüddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməli, rəsmi izahatverməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçüntəxirəsalınmaz tədbirlər görməlidir.
Azərbaycan hər zaman qonşuluq və qarşılıqlı hörmət prinsiplərinəsadiq qalıb. Azərbaycan ərazisi heç vaxt İran və ya başqa bir ölkəüçün təhlükə mənbəyi olmayıb. Hətta ən çətin məqamlarda beləAzərbaycan tərəfi humanist mövqeyini qoruyub. Bu kontekstdəAzərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin vəfatı iləbağlı dərhal başsağlığı vermiş, İran səfirliyini ziyarət etmiş vəhəmrəylik nümayiş etdirmişdir.

Belə bir şəraitdə İran tərəfinin Naxçıvan hava limanına zərbəendirməsi yalnız hərbi təxribat deyil, həm də mülki əhaliyə vəinfrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir.

Təəssüf ki, İran hakimiyyətinin siyasətində uzun illərdirazərbaycanlılara qarşı ayrı-seçkilik faktları mövcuddur. Bu rejimİran ərazisində yaşayan milyonlarla azərbaycanlını bir çoxhüquqlardan məhrum edib, milli fəalları təqib edib, onları müxtəlifformalarda cəzalandırıb. Bu siyasət regionda etimad mühitinə ciddizərbə vurur.
Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi bütün imkanlardanistifadə edərək öz təhlükəsizliyini təmin etmək və adekvat cavabtədbirləri görmək hüququnu özündə saxlayır.

Azərbaycan güclü dövlətdir və öz təhlükəsizliyini təmin etməküçün bütün zəruri addımları atmağa qadirdir. Regionda sülh vəsabitlik istəyən hər bir dövlət bunu anlamalı və məsuliyyətlidavranmalıdır. Azərbaycanın səbrini zəiflik kimi qiymətləndirməkisə böyük strateji səhv olar.

Prof. Ədalət Muradov,

UNEC-in rektoru

Seçilən
39
6
az.trend.az

7Mənbələr