AZ

Yasamalda Bədən tərbiyəsi və idman günü qeyd olunub - FOTOLAR

Bu gün Yasamal rayon İcra Hakimiyyətində 5 mart-Bədən tərbiyəsi və idman günü ilə əlaqədar idman ictimaiyyəti nümayəndələrinin rayon toplantısı keçirilib.

"Unikal"ın məlumatına görə, toplantını giriş sözü ilə açan Yasamal rayon Gənclər və İdman sektorunun müdiri İlham Səfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müxtəlif sərəncam və fərmanlar ölkə rəhbərliyinin idmana və idmançılara olan qayğısının bariz nümunəsidir.

Yasamal rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov isə çıxış edərək qeyd etdi ki, bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil edib. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.

Bildirildi ki, martın 5-də 1995-ci ildə Ulu Öndər Heydər Əliyev idman sahəsində yeni strategiyanın əsasını qoyaraq İdman Fondunu yaratdı və bununla da bədən tərbiyəsinin inkişafına xüsusi diqqət göstərdi.Dövlətimizin başçısı Prezident İlham Əliyevin 2005-ci il tarixli Sərəncamı ilə 5 mart rəsmi olaraq “Bədən Tərbiyəsi və İdman Günü” kimi elan edilmişdir.Qeyd olundu ki, bu, sağlam həyat tərzini təbliğ etmək, gənclərimizin fiziki inkişafını dəstəkləmək və idmanın ölkəmizdə daha da inkişafına töhfə vermək məqsədi daşıyır. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan qabaqcıl idman ölkəsinə çevrilib. 

Bildirildi ki, bu gün Yasamal rayonunda müxtəlif idman və bədən tərbiyəsi mərkəzləri fəaliyyət göstərir.Qeyd olundu ki, son bir neçə ildə Yasamal rayonundakı müxtəlif ünvanlarda süni örtükü futbol meydançaları və Abad məhəllələr sakinlərin istifadəsinə verilib.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Ülvi Quliyev,Göydəniz Qəhrəmanov və digər natiqlər Azərbaycan idmanının uğurları və qarşıda duran məqsədlər barədə danışdılar. Bildirildi ki, bu gün idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və idman nailiyyətlərinin qeyd edilməsi üçün gözəl bir fürsətdir. Azərbaycanda idmançılarımız beynəlxalq arenalarda uğurlar qazanır, ölkəmizin şərəfini yüksəldirlər ki, bu da hamımız üçün böyük qürur mənbəyidir.

Sonda bir qrup idman ictimaiyyəti nümayəndəsi əldə etdikləri yüksək nəticələrə görə fəxri fərmanlarla mükafatlandırıldılar.

Seçilən
62
50
unikal.az

10Mənbələr