AZ

220 milyon uşaq obez olacaq

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dünya üzrə uşaqlar arasında piylənmə (obezlik) sürətlə artmaqda davam edir. Dünya Piylənmə Federasiyasının hesabatına görə, 2025-ci ildə obez uşaqların sayı təxminən 180 milyona çatıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, zəruri tədbirlər görülməzsə, bu rəqəmin 2040-cı ilə qədər 227 milyona yüksələcəyi proqnozlaşdırılır. Həmin dövrdə 5-19 yaş qrupunda yarım milyarddan çox uşağın artıq çəki problemi ilə üzləşəcəyi də ehtimal edilir.

Bu vəziyyət nəticəsində ən azı 120 milyon məktəb yaşlı uşaqda yüksək bədən kütlə indeksi ilə əlaqədar ürək-damar problemləri, yüksək təzyiq və digər erkən xroniki xəstəliklərin əlamətləri müşahidə oluna bilər.

Mütəxəssislərin fikrincə, uşaqlarda piylənmə yalnız fərdi problem deyil. Bu, daha çox sağlam olmayan qida mühiti və yetərsiz siyasətinin nəticəsidir.

Hesabatda şəkərli məhsullara vergi tətbiqi, zərərli qida reklamlarının məhdudlaşdırılması və uşaqların daha aktiv həyat tərzi sürməsini təşviq edən siyasətlərin həyata keçirilməsinin vacibliyi vurğulanır.

Əfsanə

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
103
1
cebheinfo.az

2Mənbələr