AZ

Sabiq sədrin məhkəməsi başlayıb

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Reyting.az xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası martın 17-ə təyin edilib.

Qeyd edək ki, Bəhruz Əsgərovla bağlı Baş Prokurorluqda cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
5
reyting.az

10Mənbələr