AZ

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər arasında İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları müzakirə olunub.

Nazirlər, həmçinin ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Seçilən
15
35
azertag.az

10Mənbələr