AZ

“Bu bizim müharibəmiz deyil” “Onu dayandırmağa qadir deyilik”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Yaxın Şərqdəki münaqişənin bir hissəsi deyil.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

"İndi gedən o müharibə bizim müharibəmiz deyil", - Kremlin sözçüsü Moskvanın Yaxın Şərq münaqişəsinə təsir edib-etməməsi ilə bağlı suala cavab verərkən deyib.

Peskov deyib ki, İrana qarşı müharibəni dayandıra bilməz, lakin iqtisadi maraqları da daxil olmaqla, öz maraqlarını qorumaq üçün hərəkətə keçməlidir.

“Biz öz maraqlarımıza uyğun olanı etməliyik. Artıq baş verən qlobal dəyişikliklərin iqtisadiyyatımıza təsirini minimuma endirməliyik. Mümkün olan hər yerdə öz mənfəətimizi təmin etməliyik”, - deyə Peskov “Rossiya 24” televiziya kanalına verdiyi müsahibədə bildirib.

“Bu müharibəni dayandıra bilərikmi? Xeyr, biz buna qadir deyilik. Onu kim başladıbsa, o dayandıra bilər və bizim fikrimizcə, onlar bunu etməlidirlər”, - deyə o vurğulayıb.

Daha əvvəl Peskov Rusiyanın İrandan silah da daxil olmaqla heç bir yardım sorğusu almadığını bildirmişdi.

Qeyd edək ki, ötən ilin yanvar ayında Rusiya İranla 20 il müddətinə nəzərdə tutulan Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalayıb. Həmin müqavilədə iki ölkə arasında siyasi, iqtisadi və müdafiə sahələrində əməkdaşlıq ən yüksək səviyyəyə qaldırılmışdı.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
azpolitika.info

1Mənbələr