AZ

DÇ 2026: İqlim şəraiti futbol qaydalarını dəyişir

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

DÇ-2026: İqlim şəraiti futbol qaydalarını dəyişir

ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatında oyun qaydalarına yeni dəyişiklik tətbiq ediləcək.

QOL.az xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, ev sahibi ölkələrdəki iqlim şəraiti nəzərə alınaraq matçlar zamanı əlavə fasilələr olacaq. Belə ki, hər hissənin ortasında futbolçular üçün qısa su fasiləsi verilməsi planlaşdırılır.

Bu fasilələr oyunçuların dincəlməsi üçün nəzərdə tutulub. Həmin müddətdə televiziya yayımçılarına reklam yayımlamaq imkanı da yaradılacaq.

Qeyd edək ki, qərar azarkeşlər arasında birmənalı qarşılanmasa da, FİFA bu addımı futbolçuların sağlamlığını qorumaq məqsədi ilə əlaqələndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
90
3
qol.az

4Mənbələr