AZ

Tokayev İranın Naxçıvana dron hücumunu pislədi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumunu pisləyib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının sözçüsü Aybek Smadiyarov məlumat verib. Bildirilib ki, Tokayev qardaş və müttəfiq ölkə olan Azərbaycana qarşı bu cür addımı qəti şəkildə pisləyir.

Qazaxıstan Prezidenti hadisənin İranla birlikdə hərtərəfli araşdırılacağına və regionda gərginliyin artmaması üçün məsələnin diplomatik yollarla həll olunacağına ümid etdiyini də qeyd edib.

Xatırladaq ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. İran ərazisindən uçan dronlardan biri aeroportun binası yaxınlığında, digəri isə Babək rayonunun Şəkərabad kəndində məktəb yaxınlığında partlayıb. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.

Baş verən hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq İran tərəfindən qısa müddətdə izahat verilməsini və bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini tələb edib. Bununla yanaşı, İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu XİN-ə çağırılaraq ona kəskin etiraz bildirilib.

Seçilən
46
4
unikal.az

10Mənbələr