AZ

Bolqarıstan diplomatları İrandan təxliyə edilib

Bolqarıstan diplomatlarının İrandan təxliyəsi həyata keçirilib.

Bu barədə "Far.Az"un Cənub bürosu xəbər verir.

Bolqarıstanın İrandakı diplomatik nümayəndəliyinin 10-dan çox əməkdaşı sərhədi keçərək Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Seçilən
37
12
far.az

10Mənbələr