AZ

Bolqarıstanlı diplomatların İrandan Azərbaycana təhlükəsiz keçidi təmin edilib

ain.az bildirir, Azertag portalına istinadən.

Astara, 5 mart, AZƏRTAC

Bolqarıstan diplomatlarının İrandan təxliyəsi həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bolqarıstanın İrandakı diplomatik nümayəndəliyinin 10 nəfər əməkdaşı sərhədi keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Müxbir - İlkin Adıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
12
azertag.az

10Mənbələr