AZ

Ukrayna mediası İranın Azərbaycana dron hücumundan yazıb  

Ukraynanın nüfuzlu media qurumları martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevinin Təhlükəsizlik Şurasının iclasında çıxışına geniş yer verib.

AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “İnterfaks-Ukrayna”, “UNİAN” informasiya agentliklərində, “Ukrainska Pravda”, “Korrespondent” xəbər portallarında və digər media orqanlarında dərc olunan yazılarda Prezident İlham Əliyevin İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumu ilə bağlı fikirləri işqlandırılıb.

Materiallarda qeyd olunur ki, dövləti başçısı İranın Azərbaycana pilotsuz uçuş aparatları ilə hücumunu terror aktı adlandırıb. Azərbaycan Silahlı Qüvvələrinin - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirildiyini və istənilən əməliyyatı həyata keçirməyə hazır olmalı olduğunu vurğulayıb.

Yazılarda Prezident İlham Əliyevə istinadla qeyd olunur ki, Azərbaycanı sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir.

Diqqətə çatdırılır ki, dövlət başçısı İran rəsmilərinin izahat verməli, üzr istənilməli və bu terror aktını törədənlərin cinayət məsuliyyətinə cəlb edilməli olduqlarını vurğulayıb.

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr