AZ

İtaliya diplomatları İrandan ölkəmizə təxliyə olundu

İtaliya Tehrandakı səfirliyinin bütün işçilərini təxliyə edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bütün işçilər və onların ailələri - təxminən 50 nəfər Azərbaycana təxliyə olunublar. 

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Seçilən
58
2
unikal.az

3Mənbələr