AZ

"Tottenhem"dən ardıcıl 5-ci məğlubiyyət

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları davam edir.

QOL.az xəbər verir ki, uğursuz mövsüm keçirən "Tottenhem" öz meydanında "Kristal Palas"la qarşılaşıb.

Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, London klubunun ardıcıl 5-ci məğlubiyyətidir. Komanda 11 turdur ki, qalib gələ bilmir. Paytaxt təmsilçisi sonuncu qələbəsini ötən il dekabrın 28-də - 18-ci turda "Kirstal Palas" üzərindı əldə edib - 1:0.

"Tottenhem" - "Kristal Palas" - 1:3

Qollar: Solanke, 34 - Sarr, 40, 45+7, Larsenn, 45+1, 

Qırmızı vərəqə: Van de Ven, 38 ("Tottenhem")

Qeyd edək ki, İqor Tudorun komandası hazırda 29 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. “Düşmə zonası”nda ən yüksək pillədə - 18-ci yerdə olan “Vest Hem”in isə 28 xalı var.

Seçilən
107
2
teleqraf.com

3Mənbələr