BAKI, 6 mart. TELEQRAF
ABŞ Hindistana dənizdə tankerlərdən Rusiya nefti almağa icazə verib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.
Nazirin sözlərinə görə, Vaşinqton Hindistan neft emalı zavodlarına Rusiya neftini tankerlərdən almağa icazə verib.
Bessent qeyd edib ki, bu qərar qlobal enerji bazarında vəziyyətin sabitləşməsinə kömək edə bilər.