AZ

Tramp: ABŞ İranda tam rəhbərlik dəyişikliyi istəyir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası hərbi əməliyyat başa çatdıqdan sonra İrana rəhbərlik etmək üçün bir neçə mümkün namizədi nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "NBC News"a verdiyi müsahibədə qeyd edib.

"Biz onların yaxşı rəhbərə sahib olmasını istəyirik. Düşünürəm ki, bu işə yarayacaq bir neçə nəfərimiz var", - deyə o, ad çəkməkdən imtina edərək bildirib. Tramp qeyd edib ki, ABŞ onun siyahısındakıların hərbi əməliyyat zamanı öldürülməməsi üçün tədbirlər görür. "Bəli, biz onları izləyirik", - deyə o bildirib.

"Biz gəlib hər şeyi təmizləmək istəyirik. Biz kiminsə gəlib 10 il ərzində hər şeyi yenidən qurmasını istəmirik", - deyə ABŞ prezidenti əlavə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
bizimyol.info

1Mənbələr