ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
ABŞ Maliyyə Nazirliyi Hindistana dəniz tankerlərində saxlanılan Rusiya neftini almağa icazə verən 30 günlük lisenziya ayırıb.
Reyting.az “Reuters”-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nın Xəzinədarlıq qurumunun katibi Skott Bessent “X” sosial media platformasında məlumat yayıb.
Bessentin sözlərinə görə, bu qərar ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda qlobal enerji bazarında sabitliyi qorumaq üçün qəbul edilib. Bu müvəqqəti rahatlıq Yaxın Şərqdə vəziyyətin gərgin olaraq qaldığı bir vaxtda tədarükün artırılmasına imkan verəcək.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.