AZ

ABŞ Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ hökuməti öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat yer alıb.

Tövsiyə İranın Naxçıvana dron hücumundan sonra verilib.

Səfirlik həmçinin bildirib ki, hazırda ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik rejimində dəyişiklik yoxdur və adi konsulluq xidmətləri davam edir.

ABŞ vətəndaşlarına isə vəziyyətlə bağlı yerli məlumatları izləmək, izdihamlı yerlərdən və nümayişlərdən uzaq durmaq, təhlükəsizlik qaydalarına riayət etmək və zərurət yaranarsa regionu tərk etmək üçün plan hazırlamaq tövsiyə olunub. /APA

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
14
icma.az

10Mənbələr