AZ

Durovun “TikTok”u bloklandı


“Telegram”ın qurucusu Pavel Durovun “TikTok” hesabı bloklanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Durova Code” nəşri məlumat yayıb.
Məlumata görə, Durovun hesabı bloklanarkən təxminən 156 000 izləyiciyə malik olub.
Hesabın bloklanmasının səbəbləri açıqlanmayıb.
Yanvar ayında “TikTok”un Amerika bölməsinin satışı başa çatıb və nəticədə xidmət ayrı bir quruma, “TikTok USDS Joint Venture” MMC-yə keçib. Hesabın bu ərəfədə bloklanması diqqət çəkib.
Qeyd edək ki, ABŞ Prezidenti vəzifəsinin son günlərində Co Bayden şirkətin sahibinin onu amerikalılara satmaqdan imtina etdiyi üçün ABŞ-də “TikTok”a qadağa qoymuş və qərar 19 yanvar 2025-ci ildə qüvvəyə minmişdi. ABŞ-nin yeni prezidenti Donald Tramp 20 yanvarda Ağ Evə qayıtdıqdan sonra “TikTok”a qoyulan bu qadağanı ləğv etmişdi.
Seçilən
82
1
yeniavaz.com

2Mənbələr