AZ

"ABŞ İranda rəhbərliyin tamamilə dəyişməsini istəyir” - Donald Tramp

“Vaşinqton İranın hazırkı rəhbərliyinin tamamilə devrilməsini nəzərdən keçirir və artıq ölkəyə rəhbərlik edə biləcək bir neçə namizədə malikdir”.

Missiya.Az xəbər verir ki, bunu dünən ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində deyib.

"Biz içəri girib hər şeyi aradan qaldırmaq istəyirik. Kiminsə ölkəni yenidən qurmaq üçün 10 il sərf etməsini istəmirik. Bizə yaxşı bir lider lazımdır. Düşünürəm ki, bunu edə biləcək insanlarımız var”, - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, ABŞ davam edən hərbi əməliyyatlar zamanı bu potensial namizədlərin sağ qalmasını təmin etmək üçün də tədbirlər görür.

Ağ Ev rəhbəri, eyni zamanda Vaşinqtonun hazırda İrana qarşı quru əməliyyatı barədə düşünmədiyini açıq şəkildə əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
75
missiya.az

1Mənbələr