AZ

“Fənərbağça” 3 dünya ulduzuna "elçiu düşdü"

Yüksək səviyyəli hücumçu əldə etməyi hədəfləyən "Fənərbağça" klubu üç əsas oyunçunu hədəfə alıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "sarı-göylər" "Barselona" ilə müqaviləsini uzatmayan Robert Levandovski, hələ "Yuventus"la müqavilə imzalamayan Duşan Vlahoviç və "Əl-Hilal" tərəfindən kənarda saxlanılan Darvin Nunyesin vəziyyətini diqqətlə izləyir.

Bildirilir ki, klubun prezidenti Sadettin Saranın may ayında keçiriləcək konqresdə yenidən seçilib-seçilməməsindən asılı olmayaraq, əsas hücumçu ilə bağlı müqaviləni yekunlaşdırmağı və son qərarı növbəti administrasiyaya buraxmamağı planlaşdırır.

Milli.Az

Seçilən
107
4
milli.az

5Mənbələr