AZ

ABŞ bu ölkəyə güzəştə getməyə məcbur oldu: Rusiya sevinir

ABŞ Maliyyə Nazirliyi Hindistana Rusiya neftini almağa imkan verən 30 günlük lisenziya verib.

Publika.az "Reuters"ə istinadən xəbər veri ki, bu barədə maliyyə naziri Skott Bessent məlumat verib.

Nazirin sözlərinə görə, qərar ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda qlobal enerji bazarında sabitliyi qorumaq məqsədi daşıyır. Müvəqqəti güzəşt Yaxın Şərqdə gərginlik davam etdiyi müddətdə bazarda neft təklifini artırmağa kömək etməlidir. ABŞ tərəfi bildirib ki, icazə yalnız artıq tankerlərə yüklənmiş və dənizdə olan xammala şamil edilir və bu addım Rusiyanın ciddi maliyyə qazancı əldə etməsinə imkan verməyəcək.

Məlumata görə, Hindistanın neft emalı zavodları İran ətrafındakı gərginlik səbəbindən yaranan təchizat problemlərini kompensasiya etmək üçün Rusiya neftini spot müqavilələrlə almağa başlayıb. Bildirilir ki, ölkə üçün enerji təchizatı xüsusilə həssasdır, çünki idxal olunan neftin təxminən 40 faizi Hörmüz boğazı vasitəsilə daşınır və mövcud ehtiyatlar cəmi 25 günə kifayət edir.

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov isə Hindistanın Rusiya neftini yenidən almasını Vaşinqton üçün “xoşagəlməz sürpriz” adlandırıb.

Seçilən
56
10
publika.az

10Mənbələr