AZ

Bakı-Şamaxı avtomobil yolunda kamaz avtobusla toqquşub (VİDEO)

Bakı.Trend:

Bu gün saat 07 radələrində Bakı-Şamaxı avtomobil yolunun 11-cikilometrində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, SərxanKazımovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili dayanacaqdadayanmış “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)məlumat verilib.

Bildirilib ki, yük avtomobilinin sürücüsü, eləcə də BəylərYusibovun idarə etdiyi 114 nömrəli marşrut avtobusunun üç sərnişinixəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmaaparılır.

Qeyd edilməlidir ki, son vaxtlar eyni istiqamətdə və eynihərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin toqquşmasıilə nəticələnən yol qəzalarının sayında artım müşahidə olunur. Beləhadisələr əksər hallarda sürücülərin idarəetmə zamanı diqqətiyayındıran hərəkətlərə yol verməsi, yorğun və ya yuxusuz haldasükan arxasına əyləşməsi, eləcə də ara məsafəsini düzgün seçməməsiilə əlaqəli olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciətedərək avtomobil idarə edərkən onlardan diqqəti yayındıranhərəkətlərdən çəkinməyi, yorğun və yuxusuz halda sükan arxasınaəyləşməməyi, yol hərəkəti qaydalarına, eləcə də iş və istirahətrejiminə ciddi əməl etməyi tələb edir.

Seçilən
115
7
az.trend.az

10Mənbələr