AZ

Göyçayda itkin düşən şəxsin axtarışına xilasedicilər və polis cəlb olunub

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

İtkin düşən şəxsə məxsus bəzi üst geyimləri rayon ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarında aşkar edilib

Göyçayda kanalda batdığı ehtimal edilən şəxsin axtarışları davam edir. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, Göyçay rayon sakini, 31 yaşlı Ramil Abdullayev evdən çıxaraq geri qayıtmayıb. Yaxınları onun evə dönməməsindən narahat olaraq Göyçay Rayon Polis Şöbəsinə müraciət ediblər.

Axtarışlar zamanı itkin düşən şəxsə məxsus bəzi üst geyimləri rayon ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarında aşkar edilib. Bu səbəbdən onun kanala düşməsi və ya yıxılması ehtimalı nəzərə alınaraq əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu cəlb olunub. Dalğıclar 1995-ci il təvəllüdlü Ramil Abdullayevin kanalda axtarışlarını aparırlar.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, itkin düşən şəxsin tapılması istiqamətində tədbirlər görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
2
ayna.az

3Mənbələr