AZ

Nazir: Moldovalı həmkarımla Yaxın Şərqdəki vəziyyəti qiymətləndirdik

Moldovalı həmkarımla Yaxn Şərqdəki vəziyyəti qiymətləndirdik.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoyla birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.

"Moldova Azərbaycanın iqlim diplomatisyasında bir çox təşəbbüslərinə fəal şəkildə qoşulub. Bugünkü müzakirəmizdə qonşu ölkələrlə bağlı proseslər barədə də məlumatlandırdım. Ermənistan-Azərbaycanb münasibətləri, gözləntimiz barədə də həmkarıma məlumat verdim. Eləcə də Qarabağda bərpa-quruculuq və insanların qayıdışı məsələləri barədə də fikir mübadiləsi apardıq", - C.Bayramov bildirib.

"Eyni zamanda Yaxın Şərqdəki vəziyyəti də qiymətləndirdik. Dünən İran tərəfindən Naxçıvan istiqamətində edilən dron hücumları, 4 Azərbaycan vətəndaşının xəsarət alması ilə bağlı da ona məlumat verdim", - XİN rəhbəri vurğulayıb.

Məlumat yenilənir

Seçilən
44
far.az

1Mənbələr