Bakı. Trend:
Kanadalı diplomat Kevin Hamilton martın əvvəlindən etibarən NATOBaş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi təyinedilib.
Trend bu barədəNATO-nun rəsmi saytına istinadən xəbər verir.
“Kevin Hemilton alyansın bu iki strateji əhəmiyyətli region üzrəsiyasətinin həyata keçirilməsinə cavabdehdir. O, eyni zamanda,NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti BölməsindəTərəfdaşlıqlar üzrə Baş katibin müavininin köməkçisidir”,-deyəməlumatda qeyd olunur.
Qeyd edək ki, Kanadanın Xarici Xidmətinin karyera diplomatı olanHemilton 2023–2026-cı illərdə Kanadanın Türkiyədəki səfirivəzifəsində çalışıb, eyni zamanda Azərbaycan və Gürcüstandaakkreditə olunub.
O, bundan əvvəl 2016–2020-ci illərdə Rumıniya, Bolqarıstan vəMoldova Respublikasında səfir kimi fəaliyyət göstərib.