Ümummilli Lider Heydər Əliyev qadın məsələlərini dövlət səviyyəsinə qaldıraraq bu sahədə institusional mexanizmlərin formalaşdırılmasına nail olmuşdur. Qadın problemləri üzrə dövlət qurumunun yaradılması və milli fəaliyyət planlarının qəbul edilməsi gender siyasətinin sistemli şəkildə həyata keçirilməsinə imkan vermişdir.
Prezident İlham Əliyev tərəfindən qəbul edilən "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar hüquqi bazanı daha da gücləndirmişdir. Bu qanunlar qadınların təhlükəsizliyini təmin etməklə yanaşı, cəmiyyətin düşüncə tərzində müsbət dəyişikliklərə səbəb olmuşdur.
Gender siyasətinin həyata keçirilməsi çərçivəsində dövlət qurumlarında məsul şəxslərin təyin olunması, proqram və layihələrdə gender amilinin nəzərə alınması idarəetmədə balanslı yanaşmanı təmin etmişdir. Bu mexanizmlər qadınların qərar qəbuletmə proseslərində iştirakını artırmışdır.
Beləliklə, Azərbaycanda gender siyasəti yalnız hüquqi sənədlərlə məhdudlaşmır, real sosial nəticələr verən dinamik bir prosesə çevrilmişdir. Qadınların ictimai həyatın bütün sahələrində fəal iştirakı bu siyasətin uğur göstəricisidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31