AZ

“Bu dəstək Azərbaycanın nə dərəcədə əhəmiyyətli aktor olduğunu göstərdi” Deputat

ain.az, 525.az saytına istinadən bildirir.

“İranın Azərbaycan ərazisinə dronlarla hücum etməsi və mülki obyektləri hədəfə almasından sonra iki məsələ ortaya çıxdı. Birincisi, Azərbaycan Prezidenti dərhal hadisəyə münasibət bildirərək ölkəmizdə bir nömrəli səfərbərlik elan etdi. Bu o deməkdir ki, növbəti hər hansı bir addıma qarşı artıq Azərbaycan Ordusu hazır vəziyyətə gətirilib. İkincisi, bu hadisənin dünyada geniş rezonans doğurması Azərbaycanın və Prezidentin beynəlxalq münasibətlər sistemində nüfuzunun göstəricisinə çevrildi”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, dünyanın dörd bucağından bu hadisə qınandı və Azərbaycana dəstək, müdafiə bəyanatları verildi.

“Bu, bir daha ölkəmizin nə dərəcədə əhəmiyyətli bir aktor olduğunun göstəricisidir. Bu, bir daha Azərbaycanın apardığı siyasət sayəsində dünyada nə qədər dostlar qazanmasının göstəricisidir ki, biz onların hamısının narahatlığını ifadə edən bəyanatlarını gördük. Əlbəttə ki, Azərbaycan Prezidenti hadisəyə hüquqi qiymət verdi, dərhal qanedici açıqlamalar və üzr tələb etdi. Eyni zamanda, bu cinayəti törədənlərin cəzalandırılmasını tələb etdi. Bu, xalqımızın təhlükəsiziliyi üçün olduqca qətiyyətli mövqedir”, - deputat söyləyib.

H.Babaoğlu əlavə edib ki, Azərbaycan Prezidenti bir nömrəli səfərbərlik elan etməklə, irəli sürülən tələblər yerinə yetirilməsə, növbəti addımları necə planlaşdıracağı ilə bağlı dünyaya verilən mesaj idi.

“Bəyanatda qeyd edildi ki, Azərbaycan adekvat cavab vermək hüququnu özündə saxlayır. Ona görə düşünürəm ki, bunlar hər şeydən əvvəl Azərbaycan Prezidentinin dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün atdığı qətiyyətli addımlardır. İkincisi, bu, cinayətkarların mütləq cəzalandırılması hadisəsinə çevriləcəkdir ki, biz artıq bunun müəyyən təcrübəsini görmüşük. Qarabağ müharibəsində Azərbaycanın mülki obyektlərinə zərbə vurub və bununla fəxr edən terrorçuların sonunun nə ilə yekunlaşdığını Azərbaycan xalqı yaxşı bilir. Bu cinayəti törədənlərin də eyni aqibətlə üzləşəcəyindən əminik”, - Hikmət Babaoğlu vurğulayıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
525.az

1Mənbələr