AZ

Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: "Bizə vasitəçilik təklif etməyin"

İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı davam edən hərbi əməliyyatlar və beynəlxalq diplomatik təzyiqlər fonunda vasitəçilik təşəbbüsləri ilə bağlı sərt bəyanat verib.

Musavat.com xəbər verir ki, Pezeşkian Tehranda xarici diplomatlarla görüşündə vasitəçilik etmək istəyən dövlətlərə müraciət edərək, bu cür təkliflərin ünvanının İran olmadığını bildirib.

Prezident vurğulayıb ki, hazırda İranın hər hansı danışıqlara ehtiyacı yoxdur: "Bizə vasitəçilik üçün gəlməyin! Vasitəçilik bu alovu qızışdıranlara, müharibəni başladanlara ünvanlanmalıdır. Biz sadəcə özümüzü müdafiə edirik".

Pezeşkianın bu çıxışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankara tərəfindən təklif edilən sülh planının İran tərəfindən rədd edildiyini açıqlamasından cəmi bir gün sonraya təsadüf edir. Pezeşkian qeyd edib ki, ədalətsiz şərtlər daxilində masaya oturmaq niyyətləri yoxdur və bütün dünya gücləri birləşsə belə, müqavimətdən geri dönməyəcəklər. Beynəlxalq analitiklər hesab edirlər ki, Pezeşkianın bu "qapıları bağlayan" bəyanatı Tehranın hələ də hərbi ssenarilərə üstünlük verdiyini göstərir.

Musavat.com

Seçilən
77
50
musavat.com

10Mənbələr