Bakı şəhəri və regionlardakı küçə və prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinə 3 654 073 AZN sərf edilməsi nəzərdə tutulub.
Pravda.az-ın xəbərinə görə, sifarişçi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsidir.
İşləri görəcək şirkət isə hələlik müəyyənləşməyib.
Qeyd: AYNA-nın rəhbəri Anar Rzayevdir
Cabir
Tarix: 6 Mart 2026, 15:38