RU

Anar Rzayev avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərinə 3.6 milyon xərcləməyi planlaşdırır

Bakı şəhəri və regionlardakı küçə və prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinə 3 654 073 AZN sərf edilməsi nəzərdə tutulub.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsidir.

 

İşləri görəcək şirkət isə hələlik müəyyənləşməyib.

 

Qeyd: AYNA-nın rəhbəri Anar Rzayevdir

 

Cabir

Tarix: 6 Mart 2026, 15:38   
Избранный
115
pravda.az

1Источники