AZ

Türkiyədən qardaşlıq jesti - azərbaycanlı sərnişinlər İğdırda çiçəklərlə qarşılandı

Bakı–Naxçıvan istiqamətində uçuş həyata keçirən sərnişin təyyarəsi Naxçıvan hava limanının müvəqqəti bağlanması səbəbindən Türkiyənin İğdır şəhərində yerləşən Şəhid Bülent Aydın Hava Limanına eniş edib. Təyyarədə olan 71 sərnişin İğdır rəsmiləri tərəfindən çiçəklərlə qarşılanıb və daha sonra avtobuslarla Naxçıvana yola salınıb.

Missiya.Az Çağrı.az-a istinadən xəbər verir ki, İrana məxsus olan pilotsuz uçuş aparatlarının (PUA) Naxçıvan Muxtar Respublikasındakı Naxçıvan Beynəlxalq Hava Limanı və ətraf ərazilərə düşməsi nəticəsində hava limanına ziyan dəyib. Hadisədən sonra təhlükəsizlik məqsədilə Naxçıvan hava limanı müvəqqəti olaraq uçuşlar üçün bağlanıb.

Seçilən
108
2
missiya.az

10Mənbələr