“Real”ın fransalı hücumçusu Klian Mbappe İspaniya La Liqasının 27-ci turunda Celta Vigo ilə keçiriləcək oyunu buraxacaq.
İdmanxeber.az xəbər verir ki, fransalı forvard matç üçün “kral klubu”nun iştirak ərizəsinə daxil edilməyib.
“Real”la “Selta” arasında görüş bu gün saat 00:00-da start götürəcək.
Xatırladaq ki, Mbappe daha əvvəl sol dizinin bağlarında dartılma zədəsi alıb. Fransalı hücumçu cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə keçirdiyi 33 oyunda 38 qol vurub və 6 məhsuldar ötürmə edib.