AZ

AFFA İsmayılovla Mənsumovu 1 oyunluq cəzalandırdı – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 18-ci turunun oyunları bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 18-ci tur

“Neftçi-2” – “Zirə-2” oyununda “Neftçi”də 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Kəpəz-2” – “Qəbələ-2” oyununun 60-cı dəqiqəsində “Kəpəz”in məşqçisi Sərxan İsmayılov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Gəncə komandası buna görə 200 manat cərimə ödəyəcək. “Qəbələ”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Qarabağ-2” – “Şamaxı-2” oyununda “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam komandası 70 manat cərimə edilib. “Şamaxı”nın futbolçusu Davud Mənsumov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şamaxı” buna görə 50 manat cərimə ödəyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
88
14
arena.az

10Mənbələr