Məlum olduğu kimi, “Real”ın braziliyalı ulduzu, 25 yaşlı sağ cinah hücumçusu Rodriqo Qoes uzun müddətə sıradan çıxıb.
Arena.az xatırladrı ki, dizinin ön çarpaz bağlarının yırtığı ilə üzləşmiş futbolçu təxminən 10 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.
Bu arada Rodriqonun son illər ərzində çarpaz bağlarının qismən yırtığı ilə oynadığı məlum olub. O, müvafiq zədə ilə 2023-cü ildə üzləşib, amma buna rəğmən, futbolçu zədəli halda çıxış etməyə davam edib.
Yeri gəlmişkən, Rodriqo Qoes futbol həyatının ən çətin məqamında gələcəyi ilə bağlı qərar qəbul edib. Vurğulanır ki, hücumçu “Real”dan ayrılmaq niyyətində deyil. Braziliyalı ulduz zədədən bərpa olmaq və iddiasını yenidən ortaya qoymaq əzmindədir.
Dünya futbolunun braziliyalı əfsanəsi Ronadinyo isə həmvətəni Rodriqoya dəstəklə müraciət ünvanlayıb:
“Sənə qüsursuz bərpa diləyirəm, qardaşım”, – “Roni” özünün sosial şəbəkə hesabları üzərindən paylaşdığı ismarışa Rodriqo ilə birlikdə çəkilmiş şəklini də qoşub.
