AZ

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Ajans.az-ın məlumatına görə, qeyd edək ki, bu mükafat Azərbaycanın şəffaf və data-əsaslı rəqəmsal iqtisadiyyata doğru strateji keçidi ilə tam üst-üstə düşür. Dövlət Vergi Xidmətinin süni intellektə və proaktiv analitikaya əsaslanan idarəetmə modelinə keçid vizyonu, bankın maliyyə xidmətlərinə innovativ və texnologiya yönümlü yanaşmasını tamamlayır. Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı Direktoru Fərid Hüseynov bankın ikinci dəfə bu mükafata layiq görülməsini şəffaflıq və korporativ məsuliyyət prinsiplərinin ən güclü göstəricisi adlandırıb. “Azərbaycan rəqəmsal və data-əsaslı iqtisadiyyata keçidin sürətləndiyi bir dövrdə Kapital Bank olaraq bu transformasiyanın ön sıralarında olmaqdan qürur duyuruq”. Qeyd edək ki, ölkənin aparıcı maliyyə institutlarından biri olan Kapital Bank uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir. Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Seçilən
90
20
Ajans.az

10Mənbələr