AZ

Zirəddindən İran proqnozu: Hakimiyyət devriləcək, parçalanma...

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“İranda hakimiyyət tədricən dəyişəcək, bu proses qəfil baş verməyəcək, mərhələli, hissə-hissə olacaq”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayev deyib.

O bildirib ki, Qərb ölkələrinə, xüsusilə ABŞ və İngiltərəyə həm dini, həm də insanlıq baxımından o qədər də müsbət baxmır:

“ABŞ və digər Qərb dövlətlərinin insanlığa və İslam dininə münasibəti, ümumiyyətlə, mənfidir. Məsələn, Donald Tramp Cənubi Koreyada ABŞ-nin hərbi bazasının olduğunu rəsmi şəkildə açıqlamış və demişdi ki, həmin torpaqlar onlara satılmalıdır. 

Bu, ABŞ-nin öz maraqlarına uyğun olmayan torpaqları “sahiblənmək” hüququ olduğunu iddia etməsi deməkdir. Təsəvvür edin, əgər belə bazalar Azərbaycanda olsaydı, Tramp eyni şeyi burada da söyləyərdi.

Qərb ölkələrinin bu hadisələrə münasibəti isə ikili standartlıdır. Uşaq hüquqlarından, demokratiyadan danışırlar, amma ABŞ-nin oxşar hərəkətləri barədə eyni reaksiyanı görmürük. Məsələn, Rusiya torpaqları zəbt edəndə onu isğalçı adlandırırlar, amma ABŞ-nin hərbi bazalar və ya müdaxilələrinə eyni tənqid olmur”.

Onun sözlərinə görə, İranda  hakimiyyət tədricən dəyişəcək:

“Bu proses qəfil baş verməyəcək, mərhələli, hissə-hissə olacaq. İranın indiki molla rejimi özünü güclü göstərir, avtomobil istehsal edir və 30 il sanksiyalara baxmayaraq ayaq üstə dura bilib. Gələcəkdə İslam Respublikası formasının dəyişməsi mümkündür, amma Pəhləvi dövrünə qayıtmaq ehtimalı çox azdır – təxminən 0,1%-dir.

Rejim dəyişdikdən sonra İran daxilində sosial dəyişikliklər olacaq. Qadınlar bədənlərini açacaq, əxlaqi tənəzzül müşahidə olunacaq, bəzi hallarda isə xaos yarana bilər. Hazırda molla rejimi ədalətsiz tərəfdədir, lakin onun devrilməsi yalnız ABŞ və digər xarici qüvvələrin məqsədinə xidmət edə bilər”. 

Ekstrasens  ölkənin ərazisinin parçalanması ehtimalını görmür:

“2026–2027-ci illərdə İranın indiki hakimiyyətinin devrilməsi ehtimalını praqnozlaşdırmışdım. Bu proses yay və payız aylarına təsadüf edəcək. İranda irimiqyaslı hadisələrin baş verəcəyini gözləsək də, digər dövlətlərin birbaşa müdaxiləsi ehtimalı aşağıdır. 

Gərginlik fonunda hakimiyyət qəfil dəyişməyəcək, əksinə, tədricən zəifləyəcək. İqtisadi baxımdan böyük inkişaf gözlənilməsə də, İranın gələcəyi tarixi baxımdan qədim Pompey xalqının həyat tərzindən çox fərqlənməyəcək. 

Son beş il ərzində əxlaqi tənəzzül, kriminal hallar və təbii fəlakətlər qaçılmazdır. Bütün bu proseslər İranın gələcək sosial və siyasi strukturuna təsir edəcək, ölkədə dəyişikliklər qaçılmaz görünür”.

Gülər Həsənli

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr