AZ

Münasibətlərdə sərhədləri necə müəyyən etmək olar?

Son illərdə sosial mediada geniş yayılan “red flag” (xəbərdarlıq siqnalları) anlayışı münasibətlərdə təhlükə siqnallarını göstərən davranış və xüsusiyyətləri ifadə edir.

 

Pravda.az bildirir ki, ingilis dilindən tərcümədə “qırmızı bayraq” mənasını verən bu termin münasibətdə problem yarada biləcək erkən xəbərdarlıq əlamətlərini təsvir edir.

 

Mütəxəssislərə görə, “red flag” adətən manipulyativ, hörmətsiz və ya zərərli davranışları erkən mərhələdə müəyyən etməyə kömək edir. Məsələn, həddindən artıq qısqanclıq, nəzarətçi davranış, emosional manipulyasiya, ünsiyyət çatışmazlığı və tərəfdaşını alçaldan münasibət bu cür xəbərdarlıq əlamətlərinə daxil edilir.

 

Belə siqnalları vaxtında fərq etmək insanın emosional sağlamlığını qorumağa və daha sağlam münasibətlər qurmağa kömək edir. Əks halda, münasibətin əvvəlində nəzərə alınmayan problemlər sonradan daha ciddi çətinliklərə səbəb ola bilər.

 

Eyni zamanda, şəxsi sərhədlərin müəyyən edilməsi və onları açıq şəkildə ifadə etmək münasibətlərdə qarşılıqlı hörmət və sağlam ünsiyyətin formalaşmasına mühüm təsir göstərir.

 

Əminə Bayramova

 

Tarix: 6 Mart 2026, 17:17   
Seçilən
127
pravda.az

1Mənbələr