AZ

Tehranda şok hücum: Keçmiş kəşfiyyat rəisi öldürüldü

İranda yüksək rütbəli hərbi fiqurlardan birinin öldürülməsi ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, paytaxt Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş kəşfiyyat rəhbəri Hüseyn Taib silahlı hücum nəticəsində həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Tehranda yerləşən yaşayış evinə hücum edilməsi nəticəsində SEPAH-ın keçmiş kəşfiyyat rəisi Hüseyn Taib öldürülüb.

Bildirilir ki, hücum Tehranın mühafizə olunan yaşayış məhəllələrindən birində baş verib. Naməlum şəxslər tərəfindən həyata keçirildiyi ehtimal olunan əməliyyat zamanı Taibin yaşadığı ev hədəfə alınıb. Hadisənin dəqiq necə baş verdiyi barədə hələlik rəsmi qurumlar tərəfindən ətraflı məlumat verilməsə də, ilkin məlumatlarda hücumun planlı və məqsədli əməliyyat olduğu qeyd olunur.

Hüseyn Taib uzun illər İranın ən nüfuzlu təhlükəsizlik strukturlarından biri sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat idarəsinə rəhbərlik edib. O, İranın daxili təhlükəsizlik siyasətində və müxtəlif kəşfiyyat əməliyyatlarında mühüm fiqur kimi tanınırdı. Taib həmçinin regionda baş verən bir sıra siyasi və təhlükəsizlik prosesləri ilə bağlı qərarların qəbulunda təsirli şəxslərdən biri hesab olunurdu.

Sara

Seçilən
117
7
nocomment.az

10Mənbələr