AZ

Türkiyə və Azərbaycan ərazilərinə hücum narahatlıq doğurur Fidan

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə telefon danışığı zamanı Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirlər Yaxın Şərqdəki mövcud vəziyyəti və gərginliyin azaldılmasının mümkün yollarını müzakirə ediblər.

"Türkiyə tərəfi Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla (İranın - red.) bağlı ciddi narahatlığını ifadə edib", - məlumatda vurğulanıb.

XİN rəhbərləri həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.

"Danışığın yekunlarına əsasən, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlikləri səviyyəsində görüşün keçirilməsi barədə razılıq əldə olunub", - Qazaxıstan XİN qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
3
bakivaxti.az

5Mənbələr