AZ

“Ayın qolu”: Fevral ayının qalibləri bəlli oldu – Video – ARENA.AZ

Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin fevral ayının qalibləri müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasında fevralın ən yaxşı qolunun müəllifi “Neftçi”nin legioneri Alessio Kurçi olub. O, Premyer Liqanın 18-ci turu çərçivəsində qarşılaşdıqları “Araz-Naxçıvan”la səfər oyununda komandasının üçüncü qoluna imza atmış və “Neftçi”yə 4:0 hesablı qələbə qazanmaqda kömək etmişdi.

Birinci Liqada Elşən Abdullayev (“Baku Sportinq”), İkinci Liqada isə Əli Bağırov (“Ağstafa Gəncləri”) birinci olub.

Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
66
7
arena.az

10Mənbələr