AZ

Çin İrana yardım edə bilər – SENSASİON DETALLAR məlum oldu

ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Çin İrana maliyyə və texniki dəstək göstərə bilər. Bu barədə ABŞ rəsmilərinə istinadən CNN telekanalı məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumatda qeyd olunur ki, ABŞ kəşfiyyatının əldə etdiyi bəzi məlumatlar Çinin İrana maliyyə yardımı, eləcə də raketlər üçün ehtiyat hissələri və komponentlər təqdim edə biləcəyini göstərir.

Bununla yanaşı, xəbərdə bildirilir ki, Çin İran neftindən ciddi şəkildə asılıdır və bu səbəbdən Pekin Tehran üzərində müəyyən təzyiq göstərir. Xüsusilə Çin tərəfi Hörmüz boğazı vasitəsilə keçən gəmilərin təhlükəsiz hərəkətinin təmin olunmasını tələb edir.

Məlumata görə, Çin hazırkı vəziyyətdə daha ehtiyatlı mövqe nümayiş etdirməyə çalışır və müharibənin daha da genişlənməsini istəmir. CNN-ə danışan mənbələrdən biri qeyd edib ki, Pekin regionda davam edən qarşıdurmanın uzanmasının enerji təchizatına ciddi təhlükə yaratdığını düşünür.

“Çin dəstəyi məsələsində daha ehtiyatlı davranır. Onlar müharibənin bitməsini istəyirlər, çünki bu münaqişə onların enerji təminatını təhlükə altına qoyur”, – deyə telekanalın mənbələrindən biri bildirib.

Sara

Seçilən
129
nocomment.az

1Mənbələr