AZ

İndoneziyada uşaqlara sosial media qadağası

İndoneziyada uşaqlara sosial media qadağası

İndoneziya hökuməti 16 yaşınadək uşaqların sosial media platformalarında hesab açmasını qadağan edən mühüm qərar qəbul edib.

AFN.az xəbər verir ki, İndoneziyanın Rabitə və Rəqəmsal İşlər naziri Meutya Hafid 16 yaşdan kiçik uşaqların yüksək riskli rəqəmsal platformalarda profil yaratmasını əngəlləyən hökumət tənzimləməsini imzaladığını elan edib.

Nazir qeyd edib ki, bu qadağa YouTube, TikTok, Facebook, Instagram, Threads, X, Bigo Live və Roblox kimi populyar platformaları əhatə edəcək. Yeni qaydaların tətbiqinə martın 28-dən etibarən mərhələli şəkildə başlanılacaq.

Hafid bu addımın əsas məqsədini uşaqların getdikcə daha çox üzləşdiyi real təhlükələr — pornoqrafiya, kiberbullinq, onlayn fırıldaqçılıq və ən əsası asılılıqdan qorunmaq olduğunu vurğulayıb. Hökumət bu qərarla gənc nəslin rəqəmsal təhlükəsizliyini maksimum səviyyəyə çatdırmağı hədəfləyir.

Seçilən
108
afn.az

1Mənbələr