AZ

Yaxın Şərq münaqişəsi: Tailand yanacaq ixracına qadağa qoydu

Yaxın Şərq regionunda müşahidə olunan hərbi-siyasi gərginliyin artması fonunda Tailand krallığı neft məhsulları və mayeləşdirilmiş neft qazının (LPG) xarici bazarlara satışını müvəqqəti olaraq dayandırmaq barədə qərar qəbul edib.

Ölkə.az xəbər verir ki, bu barədə müvafiq fərman Tailand rəsmisi Anuthin Chanvirakun tərəfindən imzalanıb və "Royal Gazette"də dərc olunub.

Qəbul edilmiş sənəddə vurğulanır ki, sözügedən qadağa qonşu dövlətlər olan Myanma və Laosa şamil edilməyəcək. Tailand bu ölkələrə istisna tətbiq edərək neft məhsulları və maye qazın nəqlini davam etdirəcək. Məhdudiyyət növbəti rəsmi bildiriş verilənə qədər qüvvədə qalacaq.

Qeyd edək ki, Tailand hökuməti bundan əvvəl bazarda spekulyativ qiymət artımlarının qarşısını almaq məqsədilə dizel yanacağının bir litri üçün 29,94 baht səviyyəsində maksimal qiymət həddi müəyyənləşdirmişdi və bu qərar 15 gün müddətində tətbiq olunmuşdu.(oxu.az)

Seçilən
77
1
olke.az

2Mənbələr