“Fənərbağça”nın futbolçusu Marko Asensio zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu xəsarət aldığı üçün məşqi yarımçıq tərk edib. O, məşqdən sonra MRT testindən keçirilib.
Asensionun zədəsinin dəqiq durumu yekun tibbi müayinələrin nəticəsindən sonra müəyyənləşəcək.