AZ

ABŞ İsrailə 12 min ədəd aviabomba verir

ABŞ Dövlət Departamenti İsrailə 12.000 ədəd BLU-110 min funtluq (təxminən 454 kq) hava bombasının satışı ilə bağlı müqaviləni təsdiqləyib.

Musavat.com Departamentin açıqlamasına istinadən xəbər verir ki, müqavilənin dəyəri 151,8 milyon dollardır. Müqaviləyə həmçinin Amerika podratçılarının mühəndislik, logistika və texniki xidmətləri daxildir: "Dövlət katibi ABŞ-ın milli təhlükəsizlik maraqları naminə yuxarıda qeyd olunan müdafiə mallarının və xidmətlərinin İsrail hökumətinə dərhal satılmasını tələb edən fövqəladə vəziyyətin mövcudluğunu müəyyən edib və ətraflı əsaslandırıb".

Sursatların bir hissəsi mövcud ABŞ ehtiyatlarından təmin ediləcək.

Musavat.com

Seçilən
21
1
musavat.com

8Mənbələr