AZ

ABŞ İsrailə 12 min ədəd BLU-110 tipli aviabombanın satışına razılıq verib

Bakı. Trend:

ABŞ İsrailə 12 min ədəd BLU-110 tipli aviabombanın satışınarazılıq verib.

Trend xəbər verir ki, ABŞDövlət Departamenti çəkisi 1 000 funt (təxminən 454 kiloqram) olan12 min ədəd BLU-110 aviabombasının İsrailə satılmasınıtəsdiqlədiyini açıqlayıb.

Məlumata əsasən, müqavilənin ümumi dəyəri 151,8 milyon dollartəşkil edir. Saziş çərçivəsində amerikalı podratçılarınmühəndislik, logistika və texniki xidmət göstərməsi də nəzərdətutulur.

Sənəddə qeyd olunur ki, dövlət katibi Marko Rubio ABŞ-nin millitəhlükəsizlik maraqları baxımından İsrail hökumətinə müəyyənmüdafiə məhsulları və xidmətlərinin təcili satılmasını zəruri edənfövqəladə vəziyyətin mövcud olduğunu müəyyən edib və bunuəsaslandırıb.

Bildirilib ki, sursatların bir hissəsi ABŞ-nin mövcudehtiyatları hesabına təmin olunacaq.

Seçilən
76
2
az.trend.az

1Mənbələr