AZ

Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pellegriniyə təşəkkür edib

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pellegriniyə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında məlumat paylaşılıb.

“Slovakiya Prezidenti Peter Pelleqriniyə İran İslam Respublikası dronlarının Naxçıvanda mülki infrastruktura son hücumları ilə bağlı prinsipial mövqeyinə və həmrəyliyinə görə səmimi təşəkkürümü bildirirəm.

Slovakiya diplomatik heyətinin Tehrandan təxliyəsinə Azərbaycanın dərhal dəstəyi ölkələrimiz arasında münasibətlərin strateji səviyyəsinin əyani təzahürüdür və beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir”,-deyə paylaşımda qeyd edilib.

"Cebheinfo.az"

Seçilən
33
2
cebheinfo.az

3Mənbələr