AZ

MÜHARİBƏ QLOBAL ƏRZAQ QITLIĞI YARADACAQ Çörək, yumurta, ət kəskin bahalaşacaq...

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ və İsrailin İrana hücumundan sonra başlayan müharibə Yaxın Şərqdə gübrə istehsalına və ixracına ciddi təsir göstərərək qlobal ərzaq bazarında narahatlıqlar yaradıb.

“AzPolitika” bildirir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat verib.

Qəzet yazır ki, münaqişə dünyanın ən böyük gübrə istehsalçılarından birinə təzyiq göstərdiyindən gübrə qiymətləri kəskin artıb, ixrac isə azalıb. Analitiklər xəbərdarlıq edirlər ki, əgər təchizat fasilələri davam edərsə, növbəti 6-10 həftə ərzində çörəyin qiyməti arta bilər.

Yaxın Şərq, xüsusilə İran, gübrə istehsalında mühüm rol oynayır. Hörmüz boğazı isə gübrə ixracı üçün əsas nəqliyyat marşrutudur. Dünyada ən çox istifadə edilən azot gübrəsi olan karbamidin ümumi ixracının təxminən 35%-i bu boğazdan keçir. Eyni zamanda, fosfat gübrələrinin istehsalında istifadə olunan kükürdün 45%-i və azot gübrələrinin əsas komponenti olan ammonyak da buradan daşınır.

Avropanın ən böyük gübrə şirkəti “Yara”nın baş direktoru Svein Tore Holsæter bildirib:“Bu vəziyyət qlobal qida istehsalı üçün potensial olaraq ciddi problemdir. İran müharibəsində əsas diqqət neft və qaz sektoruna yönəldildiyindən, münaqişənin gübrə sənayesinə təsiri kölgədə qalıb. Halbuki, əgər fermerlər gübrə almasalar, məhsuldarlıq 50 faiz azala bilər”.

Lindon B. Conson İctimai Səhiyyə Məktəbinin qida sistemləri üzrə mütəxəssisi Raj Patel əlavə edib ki, təchizatda fasilələr davam edərsə, ç 6-10 həftə ərzində çörəyin, yumurtanın qiymət artacaq. Donuz və broyler ətinin qiyməti altı ay ərzində qiymət artacaq

Artıq münaqişə gübrə qiymətlərinə təsir edib. Argus məlumat verir ki, Yaxın Şərqdə karbamid ton başına 575-650 dollar, Misir ixrac qiymətləri isə 610-625 dollar səviyyəsinə yüksəlib. Avropada ammonyakın qiyməti də artaraq ton başına 725 dollara çatıb.

Analitiklər hesab edirlər ki, İrandakı müharibənin ərzaq bazarına təsiri, Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi nəticəsində yaranan qida şokundan daha dağıdıcı ola bilər. CRU-nun gübrə rəhbəri Kris Louson bildirib: “2022-ci ildə qiymətlərin kəskin artması gözlənilməz idi, amma bazar uyğunlaşa bildi. İndi fərqli vəziyyət var, çünki Hörmüz boğazının bağlanması təhlükəsi mövcuddur”.

Fasilələr artıq istehsala da təsir göstərir. Keçən il 5,4 milyon ton karbamid ixrac edən və qlobal ticarətin 10%-ni təmin edən Qatar Energy, bazar ertəsi günü dron hücumundan sonra “Ras Laffan” kompleksində kükürd, ammonyak və karbamid istehsalını dayandırıb. Argus şirkətinin gübrə qiymətləri üzrə rəhbəri Sara Marlow isə qeyd edib ki, İran özü ammonyak istehsalını dayandırıb, regiondakı digər istehsalçılar isə gəmilərin Hörmüz boğazından keçə bilməməsi səbəbindən istehsalın azaldılmasına hazırlaşırlar.

Gübrə istehsalına enerji qiymətləri də təsir edir. Ammonyak və karbamid istehsalı üçün əsas xammal – təbii qaz – son günlərdə ikiqat bahalaşıb. “Yara” şirkətinin Avropada istifadə etdiyi qazın qiyməti Britaniya istilik vahidi üçün 10,6 dollardan 20 dollara yüksəlib.

Holsæter vurğulayıb: “Bu fasilə fermerlər üçün xüsusilə çətin vaxtda baş verir. Ən çox əziyyət çəkənlər həssas insanlar olacaq. Dünyanın bir çox yerində aclıq və qida çatışmazlığı riski artır”.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
125
12
azpolitika.info

10Mənbələr