AZ

“Karvan-Yevlax” “Sumqayıt”la heç-heçəyə RAZILAŞDI

Bu gün Misli Premyer Liqasında üçüncü dövrəyə - 23-cü tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

“Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ı qəbul edib. Sumqayıt təmsilçisi 1:0 hesabı ilə öndə olsa da, "Karvan-Yevlax" son dəqiqələrdə rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib. Bundan başqa, "Sumqayıt" matçın 72-ci dəqiqəsində penalti vurmaq hüququ qazansa da, Saşa İliçin komandası bu şansı dəyərləndirmə bilməyib. Beləliklə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırda Saşa İliçin komandası 31 xalla 7-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi isə 7 xalla sonuncu – 12-ci yeri tutur.

Bu komandaların ilk iki dövrədəki oyunlarında “Sumqayıt” qələbə qazanıb – 4:1 və 2:0.

Misli Premyer Liqası

23-cü tur

7 mart

15:00. “Karvan-Yevlax” - “Sumqayıt” - 1:1

Qol: Səbuhi Abdullazadə, 52-pen. (0:1); Coy Sleyd Mikels, 90+4 (1:1)

Yevlax şəhər stadionu

8 mart

15:00. “Şamaxı” - “İmişli”

19:15. “Qarabağ” - “Araz-Naxçıvan”

9 mart

18:30. “Zirə” - “Kəpəz”

20:30. “Neftçi” - “Turan Tovuz”

10 mart

19:15. “Sabah” - “Qəbələ”

Bizim.Media

Seçilən
57
2
bizim.media

10Mənbələr